Türkiyə

Şeydayev “Trabzonspor”a qələbə qazandırdı

Türkiyənin “Trabzonspor” klubu yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Lokomotiva” klubu ilə qarşılaşıb. 

Oyun Super Liqa təmislçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Ramil də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb. Yeganə qolu da 75-ci dəqiqədə məhz Şeydayev vurub. O, rəqib müdafiəçinin geriyə ötürməsi zamanı qapıçının səhvindən maksimum yararlanıb.