Türkiyə

“Fənərbaxça”dan növbəti transfer - FOTO

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, İstanbul nəhəngi Hollandiyanın “NEK Neymegen” klubunun gənc futbolçusu Ferdi Kadıoğlunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin müqavilənin müddəti barədə açıqlama verilməyib.

1999-cu il təvəllüdlü yarımmüdafiəçi məhz “NEK Neymegen” klubunun yetirməsidi. İkili vətəndaşlığa (Türkiyə, Hollandiya) malik Kadıoğlu peşəkar karyerasına 2016-cı ildən başlayıb.

Xatırladaq ki, “Fənərbaxça” bir neçə gün öncə “Altınordu”dan Berke Özer və Barış Alıcını da heyətinə qatmışdı.