Türkiyə

Super Liqa klubunda isveçli qapıçı

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli qapıçı Yohannes Hopfu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Hopf Türkiyədə 2015-ci ildən çıxış edir. O, son üç mövsümü “Gənclərbirliyi”ndə keçirib. Lakin sözügedən klub geridə qalan mövsümün sonunda elitanı tərk etdiyindən, isveçli qolkiper də ayrılmağa qərar verib.