Türkiyə

“Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

Dsport.az xəbər verir ki, gözlənildiyi kimi, “sarı-lacivərdlilər” Hollandiyanın PSV klubunun baş məşqçisi Filip Kokunu “sükan arxasına” gətirib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Koku bu postda bir neçə gün əvvəl "Fənərbaxça"dan ayrılan Aykut Kocamanı əvəz edib.