Türkiyə

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, komandanı yeni mövsümdən Safet Suşiç çalışdıracaq. Bu barədə Super Liqa klubunun yaydığı məlumatda bildirilir. Bosniya və herseqovinalı mütəxəssislə ilkin razılıq əldə edən Akhisar təmsilçisi təkrar görüşdən sonra münasibətləri rəsmiləşdirəcək.

Xatırladaq ki, “Akhisarspor”u geridə qalan mövsümdə Okan Buruk çalışdırırdı. Lakin o, son mövsümdə bu komandaya Türkiyə Kubokunu qazandırmasına baxmayaraq, klub rəhbərliyi ilə fikir ayrılığı üzündən istefa vermişdi.

63 yaşlı Suşiç, Türkiyədə “İstanbulspor”, “Konyaspor”, “Ankaragücü”, “Çaykur Rizəspor”, “Osmanlıspor” klublarını da çalışdırıb. O, son olaraq “Alanyaspor”da işləyib.