Türkiyə

“Fənərbaxça” Kocamanla yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Kocamana göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Fənərbaxça”da yeni prezident seçilməsindən sonra baş məşqçi postundan dəyişiklik də gözlənilən idi. Türkiyə mətbuatının yazdığına görə, İstanbul klubunun yeni prezidenti Ali Koç komandanın baş məşqçi postuna hollandiyalı mütəxəssis, PSV-də çalışan Filipp Kokunu gətirməyə hazırlaşır.