Türkiyə

Super Liqa klubunda baş məşqçi istefası

Türkiyənin “Akhisar” klubu baş məşqçi Okan Burukla yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstefaya rəhbərliyin Burukla yeni müqavilə şərtlərində anlaşa bilməməsi səbəb göstərilir.

Komandaya Türkiyə kubokunu qazandıran mütəxəssis yeni müqavilədə məvacibinin artırılmasını tələb edib. Klub rəhbərliyi isə buna razı olmayıb. Nəticədə, tərəflər yollarını ayırıb.

Okan Burukun “Akhisar”da illik məvacibi 2 milyon lirə idi. Bu isə Türkiyə Super Liqasındakı baş məşqçilər arasında ən aşağı qazanc idi.

Komanda kubokda uğur qazansa da, Super Liqada geridə qalan mövsümü 42 xalla 11-ci olub.