Türkiyə

Şeydayevin klubunda baş məşqçi istefası

Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Rza Çalımbay komandadan ayrılacağını açıqlayıb.

Dsport.az xəbər verir ki, təcrübəli mütəxəssis keçirdiyi mətbuat konfransında Super Liqanın son turu çərçivəsində sabah baş tutacaq “Karabükspor”la matçın Qaradəniz təmsilçisinin “sükanı arxasında” son oyunu olacağını bildirib.

55 yaşlı mütəxəssis ötən ildən “Trabzonspor”u çalışdırır. Komanda onun rəhbərliyi altında Super Liqanın 33 turundan sonra 52 xalla 5-ci pillədə yer alıb.

Xatırladaq ki, hazırda “Qarabağ”da icarə əsasında çıxış edən millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdu.