Türkiyə

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Ərtoğrul Sağlamla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sağlam bir neçə gün öncə istefa verən Marius Şumudiçanı əvəz edib. O, 2005-2007-ci illər aralığında da bu komandanın baş məşqçisi olub. Bu mövsümə “Yeni Malatyaspor”un baş məşqçisi kimi başlayan mütəxəssis cəmi 4 turdan sonra istefa vermiş, bu ilin yanvar ayında isə Cənubi Azərbaycanın “Traktorsazi” klubunun “sükanı arxası”na keçmişdi.