Türkiyə

“Fənərbaxça” - “Beşiktaş” matçı ilə bağlı qərar verildi

Futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən və başa çatmayan "Fənərbaxça" - "Beşiktaş" görüşü ilə bağlı qərar açıqlanıb.

Dsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, İstanbul derbisi təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdiriləcək. Oyun mayın 3-nə təyin olunub.

Xatırladaq ki, oyunun 57-ci dəqiqəsində, hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı.

İlk qarşılaşmada 2:2 hesabı qeydə alınmışdı.