Türkiyə

Ufuk Budak oynamadı, komandası biabırçı hesabla uduzdu

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Əskişəhərspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 0:5.

Ufuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçu hazırda müalicə alır.

“Samsunspor” hazırda 34 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.