Türkiyə

“Beşiktaş” derbidə məğlub oldu

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə 4 görüş baş tutub. 

“Alanyaspor” – “Göztəpə” qarşılaşmasında qalib müəyyənləşməyib. “Konyaspor” “Kayserispor”u, “Trabzonspor” isə “Yeni Malatyaspor”u məğlub yola salıb.

Bu gün həm də turun növbəti İstanbul derbisi keçirilib. Liderlər qrupunda qərarlaşmış “Başakşəhər” doğma meydanda “Beşiktaş”la üz-üzə gəlib. Matç "narıncı-qaralar"ın minimal hesablı qələbəsiylə nəticələnib.

Türkiyə Super Liqası
26-cı tur

16 mart

Karabükspor - Osmanlıspor 0:4
Qol: S.Gürler, 22; 90. M.Batdal, 41; 47.

Kasımpaşa - Antalyaspor 2:3
Qol: Mbaye, 66; 70 - D.Kadah, 42. Doukara, 53. H.Alpsoy, 82.

17 mart

Gənclərbirliyi - Akhisar 1:1
Qol: Skuletiç, 90 - Seleznyov, 43.

Bursaspor - Sivasspor 1:0
Qol: Stanku, 83.

Fənərbaxça - Qalatasaray 0:0

18 mart

Alanyaspor - Göztəpə 1:1
Qol: Duqlas, 76 - Demba Ba, 82.

Konyaspor - Kayserispor 2:0
Qol: Eto, 4. Adis Yahoviç 90+4.

Trabzonspor - Yeni Malatyaspor 4:1
Qol: Burak Yılmaz, 24-pen. Yusuf Yazıcı, 64; 66. Onazi, 87 - Butaib, 36. 

Başakşəhər - Beşiktaş 1:0
Qol: Elia, 28.