Türkiyə

Millimizin forvardı üçün 22 dəqiqə və 1 xal

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Akhisar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Dəniz də bu oyunun iştirakçısı olub. O, qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxılıb.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.