Türkiyə

Ufuk Budak Almaniyaya getdi - Müalicə üçün

Türkiyənin “Samsunspor” klubunun və futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın zədələndiyini, bu üzdən millimizin qarşıdakı toplanışından da kənarda qaldığını xəbər vermişdik.

Dsport.az xəbər verir ki, artıq o, müalicə məqsədi ilə Almaniyaya yollanıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ufuk burada həkim və fizioterapevt nəzarətində məşqlərə başlayacaq. Onun gələn həftə Samsuna qayıdacağı bildirilir.