Türkiyə

Ufuk Budak milliyə gəlmək istəmədi

Türkiyənin “Samsunspor” klubunun müdafiəçisi Ufuk Budakın uzun fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alması barədə məlumat vermişdik.

Dsport.az xəbər verir ki, Türkiyə 1-ci Liqası çərçivəsində “Qaziantepspor”la matçda zədələnən Budak, AFFA-ya müraciət edərək, milliyə çağırılmamasını istəyib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Artıq futbolçunun müalicəsinə başlanılıb. Müdafiəçinin milli komandaların oyunları üçün yaranmış fasilədən sonra keçiriləcək ilk oyuna - “Adanaspor”la matça kimi sıraya qayıdacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan yığması martın 23-də Bakıda Belarusla, ayın 27-də isə Antalyada Makedoniya ilə yoxlama görüşü keçirəcək.