Türkiyə

Ufuk Budak millimizdən kənarda qala bilər

Türkiyənin “Samsunspor” klubunun müdafiəçisi Ufuk Budak zədələnib.

Dsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PTT 1-ci liqanın son turunda qasıq nahiyyəsindən xəsarət alan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı söylənilir. Ancaq onun nə vaxt sıraya qayıdacağı açıqlanmayıb.

Yenidən millimizə dəvət ediləcəyi gözlənilən Budakın zədəyə görə komandamızın qarşıdakı toplanışından kənarda qalacağı istisna olunmur.

Qeyd edək ki, yığmamız martın 23-də Bakıda Belarus, 27-də isə Antalyada Makedoniya ilə yoxlama oyunu keçirəcək.