Türkiyə

“Beşiktaş”dan derbidə əzmkar qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun mərkəzi oyunu bazar günü keçirilib. İstanbul derbisində “Beşiktaş” “Fənərbaxça”nı qəbul edib. Oyunda hesabı qonaqlar açıblar. Amma qalan dəqiqələrdə 3 qol vurmağa nail olan son Türkiyə çempionu əzmkar qələbəyə sevinib.

Günün digər oyunlarında “Yeni Malatyaspor” “Karabükspor”u, “Göztəpə” isə “Sivasspor”u məğlub yola salıb. “Osmanlıspor” - “Antalyaspor” matçında isə hesab açılmayıb.

Türkiyə Super Liqası
23-cü tur

23 fevral

Akhisar - Konyaspor 3:0
Qol: Seleznyov, 15; 68. Serjinyo, 88.

Qalatasaray - Bursaspor 5:0
Qol: Qomis, 11; 72; 90. Rodriqes, 42. S.Əziz, 49.

24 fevral

Kayserispor - Kasımpaşa 3:2
Qol: D.Turuc, 20. Badji, 74. U.Bulut, 78-pen. - Mbaye, 2. Trezeqe, 90-pen.

Alanyaspor - Trabzonspor 1:2
Qol: Akbaba, 8 - B.Yılmaz, 68. A.Omur, 77.

25 fevral

Osmanlıspor - Antalyaspor 0:0

Yeni Malatyaspor - Karabükspor 3:1
Qol: Doria, 23. Butaib, 60. Barazite, 69 - Leandrinyo, 90.

Göztəpə - Sivasspor 1:0
Qol: Demba Ba, 35.

Beşiktaş - Fənərbaxça 3:1
Qol: Vida, 49. Kuaresma, 77; 90 - Fernandao, 8.

26 fevral

21:00 Başakşəhər - Gənclərbirliyi