Türkiyə

Millimizin sabiq üzvü üçün 76 dəqiqə

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 23-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma maydanda “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

“Samsunspor” hazırda 28 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.