Türkiyə

“Göztəpə” darmadağına üzüldü

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

"Gənclərbirliyi" doğma meydanda "Göztəpə" ilə qarşılaşıb. Mövsümün əvvəlində liderlər qrupunda olan, inamlı çıxışı ilə seçilən "Göztəpə" bu turda da darmadağınla üzləşib. 

Türkiyə Super Liqası
22-ci tur

16 fevral

Konyaspor - Beşiktaş 1:1
Qol: Yahoviç, 60 - Hatçinson, 27.

17 fevral

Antalyaspor - Kayserispor 2:1
Qol: E.Güral, 60. Dukara, 88 - U.Bulut, 80.

Sivasspor - Osmanlıspor 3:2
Qol: Robinyo, 24; 82. Siryak, 90 - Çikalleşi, 62. M.Çağıran, 71.

Fənərbaxça - Alanyaspor 3:0
Qol: Juliano, 20; 60-pen. Fernandao, 27.

18 fevral

Bursaspor - Yeni Malatyaspor 0:0

Karabükspor - Akhisar 0:3
Qol: M.Yumlu, 41. M.Çelik, 58. S.Aydoğdu, 75.

Trabzonspor - Başakşəhər 0:1
Qol: Adebayor, 36.

Kasımpaşa - Qalatasaray 2:1
Qol: Diaqne, 45-pen. Koyta, 80 - Rodriqes, 37.

19 fevral

Gənclərbirliyi - Göztəpə 3:0
Qol: Paraiba, 3; 67. Manu, 87.