Türkiyə

“Beşiktaş”dan çətin qələbə, Ardadan qollu qayıdış

Futbol üzrə Türkiyə Super Liqasında 18-ci tur həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd görüş baş tutub.

Lider “Başakşəhər” də bazar günü meydana çıxıb. “Narıncı-göylər” səfərdə “Bursaspor”la üz-üzə gəlib və darmadağına sevinib. Bu oyunda Türkiyə yığmasının ulduz futbolçusu Arda Turan "Başakşəhər"də debüt edib. "Barselona"dan icarəyə götürülən yarımmüdafiəçi Türkiyə çempionatına dönüşünü qolla qeyd edib.

Son çempion "Beşiktaş" isə səfərdə "Antalyaspor" üzərində qələbəyə sevinib.

Türkiyə Super Liqası
18-ci tur
19 yanvar

Kasımpaşa - Alanyaspor 3:2
Qol: Eduok, 22; 71. Mbaye, 87 - Karaca, 15. Akbaba, 45-pen.

20 yanvar

Karabükspor - Gənclərbirliyi 0:2
Qol: Skuletiç, 60. Çiftçi, 90.

Osmanlıspor - Yeni Malatyaspor 0:0

Fənərbaxça - Göztəpə 2:1
Qol: Fernandao, 15. Kosanoviç, 90-avtoqol - Poko, 59.

21 yanvar

Konyaspor - Trabzonspor 2:2
Qol: Miloşeviç, 77. Çinar, 90 - B.Yılmaz, 83-pen; 90.

Sivasspor - Akhisar 1:1
Qol: Arslan, 53 - Adin, 73.

Bursaspor - Başakşəhər 0:3
Qol: Attama, 17. Mossoro, 58. A.Turan, 86.

Antalyaspor - Beşiktaş 1:2
Qol: Çarles, 8 - Taliska, 30; 54.

22 yanvar

21:00 Kayserispor - Qalatasaray