Türkiyə

“Qalatasaray”ın İdarə Heyətində Azərbaycan üçün tanış sima

Xəbər verdiyimiz kimi, Mustafa Cengiz Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti seçilib.

Dsport.az xəbər verir ki, seçkidən dərhal sonra klubun İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib. M.Cengiz tərəfindən təqdim olunan siyahıda İdarə Heyətinə 10 nəfər əsas, 5 nəfər isə ehtiyat üzv kimi göstərilib.

Əsas heyətə daxil olanlardan biri də Ahmet Ünal Çeviközdü. Hansı ki, onu Azərbaycan üçün tanış sima saymaq olar. Belə ki, Çeviköz 2001-2004-cü illər aralığında Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.