Türkiyə

“Qalatasaray”da yeni prezident

Türkiyənin “Qalatasaray” klubuna yeni prezident seçilib.

Dsport.az xəbər verir ki, bu gün İstanbul təmsilçisində fövqəladə qurultay baş tutub. Qurultayda klubun yeni prezidenti postuna seçki keçirilib. Seçki nəticəsində Mustafa Cengiz “Qalatasaray”ın yeni prezidenti olub. O, 1703 səslə klubun indiki prezidenti Dursun Özbəki qabaqlayıb.

Qeyd edək ki, M.Cengiz “Qalatasaray”ın tarixinə 37-ci prezident kimi düşüb. Ona qədər bu postu tutan D.Özbək isə 2015-ci ildən kluba rəhbərlik edirdi.