Türkiyə

Dəniz Yılmaza debüt şansı verilmədi

Futbol üzrə Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Karabükspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Bir neçə gün öncə “Bursaspor”dan transfer olunan Dəniz yeni klubundakı ilk oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Gənclərbirliyi" geridə qalan turlarda topladığı 17 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.