Türkiyə

“Beşiktaş” yeni forvardını rəsmən açıqladı - FOTO

Cenk Tosunu İngiltərənin “Everton” klubuna satan Türkiyə çempionu “Beşiktaş” 26 yaşlı hücumçuya əvəz tapıb.

Dsport.az xəbər verir ki, “qartallar” MLS təmsilçisi “Orlando Siti”nin hücumçusu Kayl Larini heyətinə cəlb edib. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Artıq İstanbulda olan futbolçu bu gün tibbi müayinədən də keçib. İstanbul təmsilçisi 22 yaşlı forvardla 4,5 illik müqavilə bağlayacaq.

“Beşiktaş” “Orlando Siti” ilə müqavilə müddəti başa çatan kanadalı hücumçu üçün heç bir haqq ödəməyib. “Ağ-qaralar”da ilk mövsümündə 500 min avro qazanacaq Larin, sonrakı mövsümlərdə ilinə 1,5 milyon avro əldə edəcək.

Futbolçu ötən il “Orlando Siti”nin heyətində meydana çıxdığı 30 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Larin Kanada millisində keçirdiyi 20 matçda 4 qol vurub.