Türkiyə

Super Liqa klubu Mussa Sounu yenidən Türkiyəyə qaytardı

Türkiyənin “Bursaspor” klubu növbəti transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, Super Liqa klubu son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandası olan hücumçu Mussa Sounu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bursa klubunun sosial şəbəkədəki hesabında isə “Sow başlayır” mesajı qeyd olunub. Lakin transferin digər detalları, eləcə də müqavilənin müddəti barədə hələlik, məlumat verilmir.

Qeyd edək ki, Sou daha öncə Türkiyədə “Fənərbaxça”nın şərəfini qoruyub. O, 2012-2015 və 2016-2017-ci illər aralığında İstanbul nəhənginin uğurları üçün çalışıb. 31 yaşlı fransalı forvard ölkəsində “Renn”, “Sedan” və “Lill” klublarında da forma geyinib.