Türkiyə

Super Liqa klubundan yeni transfer

Türkiyənin “Osmanlıspor” klubu heyətinə yeni futbolçu cəlb edib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Norveçin “Stabek” komandasından belçikalı futbolçu Tortol Lumanza Lembini transfer edib. Klubdan verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Konqo əsilli futbolçu “Stabek”də çıxdığı 32 matçda 3 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.