Türkiyə

70 dəqiqə və 1 xal

Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi 70-ci dəqiqədə əvəzlənib.

“Samsunspor” hazırda 16 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.