Türkiyə

Super Liqa klubu baş məşqçisini qovdu

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Mustafa Reşit Akçay istefaya göndərilib.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. İstefaya səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdı. Klubun idarə heyəti bir araya gəlib və baş məşqçi ilə də görüş keçirildikdən sonra, yeni baş məşqçi axtarışına çıxılması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, “Konyaspor” Türkiyə Super Liqasının cari mövsümündə geridə qalan 9 turda cəmi 2 qələbə qazanıb, 1 heç-heçə edib və 6 oyunda məğlubiyyətlə üzləşib. Komanda topladığı 7 xalla 18 iştirakçı arasında sonuncudu.

Türkiyəni Avropa Liqasının qrup mərhələsində də təmsil edən “Konyaspor” keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, ikisində isə məğlub olub.