Türkiyə

"Trabzonspor" yenə uduzdu

Futbol üzrə Türkiyə çempionatında 9-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçirilib. 

“Göztəpə” “Alanyaspor”u, “Antalyaspor” isə “Kasımpaşa”nı qəbul edib. Antalya təmsilçisi doğma meydanda çətinliklə də olsa, qələbə qazana bilib. İzmirdə baş tutan bol qollu qarşılaşmada isə qalib müəyyənləşməyib.

İkinci oyun günündə "Osmanlıspor" "Karabükspor"u darmadağın edib. "Trabzonspor" səfərdə "Yeni Malatyaspor"a uduzub. 6 qolun qeydə alındığı "Akhisar" - "Gənclərbirliyi" matçında isə qalib müəyyənləşməyib. 

Türkiyə Super Liqası
9-cu tur
20 oktyabr

Antalyaspor - Kasımpaşa 2:1
Qol: Eto`o, 43. Kadah, 74 - Murilyo, 23.

Göztəpə - Alanyaspor 3:3
Qol: Yahoviç, 41; 74. Kastro, 72 - Karaca, 66. Mbilla, 87. Fernandes, 90.

21 oktyabr

Osmanlıspor - Karabükspor 3:0
Qol: Pinto, 62. S.Gürler, 74; 85.

Akhisar - Gənclərbirliyi 3:3
Qol: S.Aydoğdu, 39-pen. Enrike, 60-pen. Sissoko, 65 - S.Özkan, 18. U.Çiftç, 23. V.Muriqi, 45.

Yeni Malatyaspor - Trabzonspor 1:0
Qol: O.Yokuşlu, 45-öz qapısına.

22 oktyabr

15:00 Sivasspor - Bursaspor 
17:30 Kayserispor - Konyaspor
20:30 Qalatasaray - Fənərbaxça

23 oktyabr

21:00 Beşiktaş - Başakşəhər