Türkiyə

Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Osmanlıspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Dəniz bu görüşün iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Bursaspor" geridə qalan turlarda topladığı 12 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.