Türkiyə

“Beşiktaş” qalib gəlib, zirvəyə şərik çıxdı

Futbol üzər Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Kayserispor” “Antalyaspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Millimizin hücumçusu Dəniz Yılmazın və gənclər yığmamızın futbolçusu Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə “Malatyaspor”un qonağı olub. Altı qolun vurulduğu oyunda bursalılar qalib gəliblər. 

İkinci oyun gününün digər görüşlərində "Akhisar" "Karabükspor"a, "Qalatasaray" isə "Kasımpaşa"ya qalib gəlib.

Üçüncü oyun günündə 4 qolun vurulduğu “Başakşəhər” – “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib. “Osmanlıspor”un qonağı olan “Sivasspor”, eləcə də səfərdə “Alanyaspor”la qarşılaşan “Fənərbaxça” 4 qol vuraraq, 3 xala sahib çıxıb. “Göztəpə” isə doğma meydanda “Gənclərbirliyi” üzərində qələbəyə sevinib.

Son çempion “Beşiktaş” bazar ertəsi “Konyaspor”u qəbul edib. Qarşılaşma İstanbul klubunun inamlı qələbəsi ilə başa çatıb.

Türkiyə Super Liqası
5-ci tur
15 sentyabr

“Kayserispor” – “Antalyaspor” 2:0
Qol: Baci, 1. Bulut, 77.

16 sentyabr

“Malatyaspor” – “Bursaspor” 2:4
Qol: Butaib, 76. Deninq, 80 - Ekonq, 12. Batalya, 45. Ekoko, 48. Stanku, 63.

“Akhisar” – “Karabükspor” 2:1
Qol: Enrike, 27. Aydoğdu, 58-pen. - Qrozav, 6.

“Qalatasaray” – “Kasımpaşa” 2:0
Qol: Qomis, 44; 79.

17 sentyabr

“Başakşəhər” – “Trabzonspor” 2:2
Qol: Əmrə, 36-pen. Erdinc, 80 - B.Yılmaz, 15-pen.; 49.

“Osmanlıspor” – “Sivasspor” 2:4
Qol: Çürüksu, 10; 23 - Kone, 3-pen. Kılınç, 34. Bifuma, 45; 46.

“Alanyaspor” – “Fənərbaxça” 1:4
Qol: Akbaba, 42 - Yanssen, 16. Valbuena, 45; 90. Julyano, 60.

“Göztəpə” – “Gənclərbirliyi” 3:2
Qol: Skarione, 36. Bingöl, 38. Yahoviç, 76 - Skuletiç, 41. Özkan, 87.

18 sentyabr

“Beşiktaş” – “Konyaspor” 2:0
Qol: Tosun, 10. Kuaresma, 66.

1Qalatasaray5410133+1013
2Beşiktaş541093+613
3Göztəpə5311107+310
4Kayserispor531186+210
5Başakşəhər531198+110
6Akhisar531177010
7Bursaspor5302117+49
8Fənərbaxça5221129+38
9Trabzonspor5221119+28
10Kasımpaşa52129907
11Sivasspor520368–26
12Karabükspor51226605
13Malatyaspor5113811–34
14Alanyaspor5113711–44
15Konyaspor510458–33
16Antalyaspor503248–43
17Gənclərbirliyi5014512–71
18Osmanlıspor5014614–81