Türkiyə

"Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi

Türkiyənin "Bursaspor" klubu daha bir futbolçu transfer edib

Türkiyənin "Bursaspor" klubu daha bir futbolçu transfer edib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubunda forma geyinən fransalı hücumçu Jires Kembo Ekokonu heyətinə qatıb. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Bursalıların yeni futbolçusu bu komadada 22 nömrəli formanı geyinəcək.

Ekoko peşəkar karyerasına 2006-cı ildə Fransanın "Renn" klubunda başlayıb. 2012-ci ildə o, bu komandanı BƏƏ-nin "Əl-Əyn" klubuna dəyişib. 2013/14 mövsümünü Qətərin "Əl-Caiş" klubunda icarədə keçirən oyunçu "Əl-Nəsr"də 2015-ci ildən oynayırdı. Ekoko Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

"Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz, həmçinin gənclərdən ibarət millimizin üzvü Ozancan Kökçü də çıxış edir.