Türkiyə

Türkiyə yığmasının sabiq qapıçısı həbs edildi

Türkiyə yığmasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib

Türkiyə yığmasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.

Dsport.az xəbər verir ki, barəsində araşdırma aparılan 43 yaşlı veteran futbolçunun Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramının istifadəçisi olduğu müəyyənləşib. O, İstanbul Polis İdarəsinə gətirilib və evində axtarış aparılıb.

Çatkıç 2000 - 2005-ci illərdə Türkiyə yığmasının heyətində 19 oyun keçirib. O, karyerası ərzində vətənində “Eskişehirspor”, “Qaziantepspor”, “Gənclərbirliyi”, “Bursaspor” və “Antalyaspor”un formasını geyinib. Hazırda o, telekanallardan birində şərhçidi.