Türkiyə

Samir Nəsri rəsmən Türkiyə klubunda

Türkiyənin “Antalyaspor” klubu növbəti transferini rəsmiləşdirib

Türkiyənin “Antalyaspor” klubu növbəti transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisini İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Samir Nəsrini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı fransız yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”də oynayan Nəsri ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edib. O, Premyer Liqa klubuna "Arsenal"dan 27,5 milyon avro qarşılığında transfer olunmuşdu. O, Mançester təmsilçisinin heyətində 2 dəfə Premyer Liqanın, 2 dəfə İngiltərə Kubokunun, 1 dəfə də İngiltərə Superkubokunun qalibi olub. Fransa millisində 41 oyun keçirən Nəsri "Mançester Siti"də çıxdığı 176 oyunda 27 qol vurub, 40 məhsuldar ötürmə edib.