Türkiyə

"Bursaspor" millimizin forvardına rəqib tapdı

Türkiyənin "Bursaspor" klubu daha bir futbolçu transfer etməyə hazırlaşır.

Türkiyənin "Bursaspor" klubu daha bir futbolçu transfer etməyə hazırlaşır.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubunda forma geyinən fransalı hücumçu Jires Kembo Ekokonu heyətinə qatmaq üzrədi. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı futbolçu və onun klubu ilə razılıq əldə olunub və sabah Türkiyəyə gələcək Ekoko tibbi baxışdan keçdikdən sonra rəsmi müqavilə imzalanacaq. 

Ekoko peşəkar karyerasına 2006-cı ildə Fransanın "Renn" klubunda başlayıb. 2012-ci ildə o, bu komandanı BƏƏ-nin "Əl-Əyn" klubuna dəyişib. 2013/14 mövsümünü Qətərin "Əl-Caiş" klubunda icarədə keçirən oyunçu "Əl-Nəsr"də 2015-ci ildən oynayırdı. Ekoko Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

"Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz, həmçinin gənclərdən ibarət millimizin üzvü Ozancan Kökçü də çıxış edir.