Türkiyə

Samir Nəsri Türkiyə klubunda

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Samir Nəsri karyerasını Türkiyədə davam etdirəcək

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Samir Nəsri karyerasını Türkiyədə davam etdirəcək.

Dsport.az xəbər verir ki, ötən mövsümü icarə əsasında İspaniya La Liqa təmsilçisi “Sevilya”da keçirən fransalı yarımmüdafiəçi “Antalyaspor”la anlaşıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə 30 yaşlı futbolçunun bu gün Türkiyəyə gələrək, Antalya təmsilçisi ilə 2 illik müqavilə bağlayacağı qeyd edilib.

Nəsri karyerası ərzində “Olimpik” (Marsel), “Mançester Siti”, “Arsenal”, “Sevilya” kimi komandalarda top qovub. O, 2007-2013-cü illər aralığında Fransa millisinin şərəfini qoruyub.