İspaniya

“Barselona” növbəti mərhələdə

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Dsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

“Real Sosyedad”ın qonağı olan “Betis” səfərdə vurulan qollar sayəsində mərhələ adlayıb. “Espanyol” evdə “Vilyarreal”, “Barselona” isə “Levante” üzərində inamlı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

İspaniya Kuboku
1/8 finalın cavab oyunları

15 yanvar

Valyadolid - Xetafe 1:1 (ilk oyun 0:1)
Valensiya - Sportinq 3:0 (1:2)

16 yanvar

Atletiko - Jirona 3:3 (1:1)
Sevilya - Atletik 0:1 (3:1)
Leqanes - Real 1:0 (0:3)

17 yanvar

Real Sosyedad - Betis 2:2 (0:0)
Espanyol - Vilyarreal 3:1 (2:2)
Barselona - Levante 3:0 (1:2)