İspaniya

“Sevilya” yeni hücumçu aldı

“Sevilya” heyətini yeni hücumçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi “Zalsburq”un forvardı Munas Dabburu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuyla 4 illik müqavilə imzalanıb.

İsrailli forvard 2019-cu ilin yayında “Sevilya”ya qoşulacaq. Dabbur mövsümün sonuna qədər “Zalsburq”da çıxış edəcək.

“Sevilya” qış transfer pəncərəsi dövründə “Ayaks”dan Maksimilian Veberi də heyətinə qatmışdı.