İspaniya

La Liqa klubunda yeni futbolçu

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi “Ayaks”dan Maksimilian Veberi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçiylə 4 illik müqavilə imzalanıb.

“Sevilya” Veber üçün “Ayaks”a 10,5 milyon avro ödəyəcək.

Veber cari mövsümdə "Ayaks"ın heyətində 16 qarşılaşmada iştirak edib.