İspaniya

“Atletiko”ya kubok şoku, “Real” uduzsa da...

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub. 

“Atletiko”nun “Jirona” ilə ev oyunu kifayət qədər məhsuldar alınıb. İlk oyunda 1:1 hesabı qeydə alınmışdısa, bu dəfə tərəflər daha bol qollu heç-heçəyə razılaşıblar. Nəticədə, səfərdə daha çox qol vuran “Jirona” “Atletiko”nu kubokdan kənarlaşdırıb.

“Sevilya” evdə “Atletik”ə, “Real” isə səfərdə “Leqanes”ə uduzmasına baxmayaraq, ilk oyundakı inamlı qələbə sayəsində mərhələ adlayıblar.

İspaniya Kuboku
1/8 finalın cavab oyunları

15 yanvar

Valyadolid - Xetafe 1:1 (ilk oyun 0:1)
Valensiya - Sportinq 3:0 (1:2)

16 yanvar

Atletiko - Jirona 3:3 (1:1)
Sevilya - Atletik 0:1 (3:1)
Leqanes - Real 1:0 (0:3)

17 yanvar

22:30. Real Sosyedad - Betis (0:0)
23:30. Espanyol - Vilyarreal (2:2)
00:30. Barselona - Levante (1:2)