İspaniya

“Valensiya” və “Xetafe” 1/4 finalda

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

"Valyadolid" doğma meydanda "Xetafe" ilə heç-heçəyə razılaşıb. İlk oyunda qələbə qazanan “Xetafe” ilk 1/4 finalçı olub.

“Valensiya” isə “Sportinq”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla mərhələ adlayıblar.

İspaniya Kuboku
1/8 finalın cavab oyunları

15 yanvar

Valyadolid - Xetafe 1:1 (ilk oyun 0:1)
Valensiya - Sportinq 3:0 (1:2)

16 yanvar

22:30. Atletiko - Jirona (1:1)
23:30. Sevilya - Atletik (3:1)
00:30. Leqanes - Real (0:3)

17 yanvar

22:30. Real Sosyedad - Betis (0:0)
23:30. Espanyol - Vilyarreal (2:2)
00:30. Barselona - Levante (1:2)