İspaniya

Dieqo Simeonenin yubiley qələbəsi

Madrid “Atletiko”su İspanya La Liqasının 19-cu turunda öz meydanında “Levante”ni minimal hesabla məğlub edib.

Dsport.az xəbər verir ki, paytaxt klubunun 1:0-lıq qələbəsi baş məşqçi Dieqo Simeone üçün əlamətdar olub. Belə ki, argentinalı mütəxəssis “Atletiko”nun “sükanı arxasında” sayca 250-ci qələbəsini qazanıb. Simeone bu qələbələrin 28 faizini 1:0 hesabıyla qazanıb.

“Atletiko”da ən çox qələbə qazanan baş məşqçi isə Luis Araqonesdi. O, Madrid təmsilçisiylə 308 dəfə sevinib.