İspaniya

“Selta” “Rayo Valyekano”ya məğlub oldu

Futbol üzrə İspaniya La Liqasında 19-cu tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 

“Rayo Valyekano” öz meydanında “Selta”nı qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

İspaniya La Liqası
19-cu tur

11 yanvar

Rayo Valyekano - Selta 4:2
Qol: De Tomas, 4; 37; 77. Bebe, 90 – Arauxo, 13. M.Qomes, 18-pen.

12 yanvar

16:00 Leqanes - Hueska 
19:15 Valensiya - Valyadolid
21:30 Jirona - Alaves
23:45 Vilyarreal - Xetafe

13 yanvar

15:00 Atletiko - Levante
19:15 Atletik - Sevilya
21:30 Barselona - Eybar
23:45 Betis - Real

14 yanvar

00:00 Real Sosyedad - Espanyol