İspaniya

Meksika millisinin üzvü La Liqa klubunda

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi Meksikanın “Amerika” klubunda forma geyinən Dieqo Laynesi transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb.

“Betis” Laynesi 17 milyon avro qarşılığında heyətinə qatıb.

Laynes cari mövsümdə 18 qarşılaşmada iştirak edərək, 5 qol vurub. Cinah yarımmüdafiəçisi 2 dəfə Meksika millisinin şərəfini qoruyub.