İspaniya

İsrafilovun komandasının oyunları canlı yayımda

İspaniyada liqa matçlarıyla bağlı maraqlı qərar qəbul edilib.

Dsport.az xəbər verir ki, İspaniya Sequndasında həftəsonu oynanılacaq bütün qarşılaşmalar “youtube” vasitəsiylə canlı yayımlanacaq. Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

İspaniya Sequndasında həftəsonu keçiriləcək 11 qarşılaşma La Liqanın rəsmi “youtube” kanalında canlı yayımlanacaq.

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da İspaniya Sequndasında çıxış edir. “Alkorkon” bu həftə, 21-ci turda öz meydanında “Almeriya”nı qəbul edəcək.

Hazırda 34 xala malik “Alkorkon” 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.