İspaniya

Ukraynalı hücumçu rəsmən İspaniya klubunda

Türkiyənin “Akhisar” klubundan ayrılan Yevgeni Seleznyovun yeni komandası müəyyənləşib.

Dsport.az xəbər verir ki, ukraynalı futbolçu karyerasını İspaniyada davam etdirəcək.

33 yaşlı hücumçu İspaniya Sequndasında mübarizə aparan “Malaqa”ya transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ukrayna millisinin sabiq forvardı yeni klubu ilə mövsümün sonunadək anlaşıb.

Qeyd edək ki, Seleznyov karyerası ərzində "Şaxtyor", "Dnepr", "Kuban", "Karabükspor" kimi klublarda da forma geyinib.