İspaniya

Kapitan 100-ə çatdı

“Real” İspaniya kubokunun 1/8 finalı mərhələsinin ilk oyunları çərçivəsində “Leqanes”i 3:0 hesabıyla məğlub edib.

Dsport.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun kapitanı Serxio Ramos üçün əlamətdar olub. Belə ki, matçda penalti vuruşuyla hesabı açan Ramos, karyerası ərzində 100-cü qolunu vurub.

32 yaşlı müdafiəçi “Sevilya”da 3, İspaniya millisində 17, “Real”da isə 80 qol vurmağı bacarıb.

“Leqanes”lə “Real” arasındakı cavab oyunu 17 yanvarda keçiriləcək.