İspaniya

“Barselona”dan növbəti transfer

“Barselona” qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Dsport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Tuluza”nın müdafiəçisi Jan-Kler Todibonu heyıtinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lakin 19 yaşlı müdafiəçi mövsümün sonunda “Barselona”nın heyətinə qatılacaq.

Kataloniya təmsilçisinin Todibo üçün “Tuluza”ya heç bir ödəniş etməyəcəyi bildirilib.

“Barselona” bir müddət əvvəl “Valensiya”nın müdafiəçisi Ceyson Murilyonu icarə əsasında heyətinə qatmışdı.