İspaniya

“Barselona” 3 xalı 4 qolla qazandı

Futbol üzrə İspaniya La Liqasında 15-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, “Atletiko” bu tur öz meydanında “Alaves”i sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib. 

“Barselona” “Espanyol”la səfər oyununda daha fərqli hesabla - 4 cavabsız qolla qələbə qazanıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Valensiya” “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qalib müəyyənləşməyib.

İspaniya La Liqası
15-ci tur

7 dekabr

Leqanes - Xetafe 1:1
Qol: Nyom, 64 - Kabrera, 39.

8 dekabr

Atletiko - Alaves 3:0
Qol: Kaliniç, 25. Qrizmann, 82. Rodri, 87.

Valensiya - Sevilya 1:1
Qol: Diakabi, 90 - Sarabia, 55.

Vilyarreal - Selta 2:3
Qol: Bakka, 83; 87 - Mendes, 44. O.Yokuşlu, 49. M.Qomes, 51. 

Espanyol - Barselona 0:4
Qol: Messi, 17; 65. Dembele, 26. L.Suares, 45.

9 dekabr

15:00 Eybar - Levante
19:15 Hueska - Real
21:30 Real Sosyedad - Valyadolid
23:45 Betis - Rayo Valyekano

10 dekabr

00:00 Atletik - Jirona