İspaniya

La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Atletik” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Bilbao təmsilçisinin “sükanı arxasına” Arits Solabarrieta təyin edilib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları isə hələ ki, açıqlanmayıb.

“Atletik”də uğursuz nəticələrdən sonra baş məşqçi Eduardo Berizzonun müqaviləsinə xitam verilmişdi.

“Atletik” cari mövsümdə 14 turdan sonra 11 xalla 18-ci pillədə yer alıb.